XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2019 - 17:50

“Mərkəzlə bağlı yaradılan müvəqqəti iş yerlərində çalışanlara 5 milyon manatdan artıq əmək haqqı ödənilib” –Məleykə Abbaszadə

“Cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanları yeni model əsasında keçirilib və bu yanaşma bizə iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsində yeni imkanlar əldə etməyimizə şərait yaradıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin fəaliyyəti ilə əlaqədar ilin yekunlarına dair tədbirdə deyib.

O bildirib ki, yeni modelə əsasən bu il 370 000-dən çox şagird ümumilikdə 7 milyona qədər yazı işi yerinə yetirib və bu işlərin qiymətləndirilməsi üçün 15 milyona yaxın yoxlama (qiymətləndirmə) aparılıb.

“Bu il DİM-in fəaliyyəti ilə əlaqədar 60 minə yaxın müvəqqəti iş yerləri yaradılıb və həmin işlərdə çalışan əməkdaşlara 5 milyon manatdan artıq əmək haqqı ödənilib”, – deyə M. Abbaszadə vurğulayıb.