XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 14:21

Son 4 ayda ovçuluq biletinin alınması üçün 545 müraciət daxil olub –ETSN

“Son 4 ay ərzində 5 saylı “ASAN Xidmət” vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət daxil olub”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, 294 müraciət ovçuluq biletinin istifadə müddətinin artırılması, 251 müraciət isə ovçuluq biletinin alınması üçün imtahanda iştirak etmək məqsədi daşıyıb.

Nazirlik sözçüsü xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən bir sıra xidmətlər, o cümlədən ovçuluq biletinin alınması, dəyişdirilməsi bu ilin sentyabr ayından başlayaraq “ASAN Xidmət” vasitəsi ilə həyata keçirilir: “Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunur”.