XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 14:41

Bəxtiyar Hacıyev seçkiyə qatılır- Namizədliyini bu dairədən verəcək

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev deputatlığa namizədliyini irəli sürəcək.

Bu barədə Bəxtiyar Hacıyevin özü “Facebook” səhifəsində məlumat yazıb: “Artıq bununla bağlı hazırlıqlar başlayıb. Seçkiyə 29 saylı Səbail seçki dairəsindən qatılmağı planlaşdırıram”.

İctimai fəal 29 saylı dairədən namizədliyini irəli sürmüş “Baku Grand Prix Formula1” yarışlarının marketinq və PR direktoru Nigar Arpadaraiyə qarşı yarışacaq:

“Seçki yarışdır, amma Formula 1 yarışı deyil. Bu, siyasət yarışıdır, xalqa yaxın olmaq, xalqın dərdini dərində duymaq yarışıdır.

Həyatında bir dəfə başına qar dənəsi düşməmiş, evdən avtomobilinə qədər də çətir tutanların müşayiəti ilə getmiş ağ yaxalıqlı oğlan və qlamur qızlar, aclıq, çətinlik, yoxsulluq nədir bilməyən insanlar hər gün evinə aldığı 5 manatlıq ərzağı məhəllə mağazasında nisyə dəftərinə yazan ailə başçılarını, öz ixtisasına uyğun iş tapa bilmədiyinə görə 300 manat maaşa 11 saat istismar edilib, 100 manatdan 4 nəfərlə eyni evdə yaşayan gəncləri, xəstə anasına 50 manatlıq dərmanı ala bilmədiyinə görə dəniz kənarına çıxıb, hıçqıraraq ağlayan oğulları, 1000 avro tapa bilmədiyinə görə xəyalındakı xarici universitetə internetdən baxmağa məhkum olunmuş gəncləri və hazırkı sistemin yaratdığı qeyri-bərabərliyin qurbanı olduğuna görə yaşamaq uğrunda mübarizə aparanları anlaya bilməzlər. Həyat yalnız dövlət büdcəsindən mənimsənilmiş yüz milyonlar hesabına uğur imici yaratmaqdan ibarət deyil. Vətəndaşların dərin problemləri var və həyatı lüks mağazalar və restoranlarda keçənlər sıravi insanların dərdini anlaya bilməzlər.

Seçki siyasət yarışıdır, Formula1 yarışı deyil. Biz bu yarışa hazırıq”- deyə B.Hacıyev vurğulayıb (modern.az).