XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 15:48

Bu il Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib –Gülmirzə Poladov

“Bu il ərzində respublikada 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib”.

Bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov Nazirlikdə keçirilən geniş tərkibli kollegiya iclasında çıxışında deyib.

Onun sözlərinə görə, müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb: “Onlardan 21 min nəfər hospitalizə olunub, 56 minə yaxın şəxs dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub, 99 mindən çox insan sağlamlaşdırılaraq dispanser qeydiyyatdan çıxarılıb”.

G.Poladov bildirib ki, ümumilikdə, 2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub, 712 min xəstə stasionar müalicəyə cəlb edilib. Cari ildə 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib. (report)