XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 16:56

Naxçıvandakı məhkəmələrə təyinatlar olub –SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavininin, İnzibati və Kommersiya kollegiyaları sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı şəxslər müvafiq vəzifələrə təyin ediliblər:

Əsgər Novruz oğlu Novruzov Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini təyin edilib.

Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib.

Əhliman Mehman oğlu Xıdırov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib.

Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilib.

Elşən Fizuli oğlu Salmanov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri təyin edilib.

Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib.

Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.