XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

31 Dekabr 2019 - 15:30

Azərbaycanda bir bələdiyyəyə seçkinin nəticələri ləğv edilib –Səbəb

Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bir bələdiyyəyə seçkilərin nəticələrini ləğv edib.

Bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd olunub ki, MSK-ya 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət daxil olub. MSK nəzdində Ekspert   qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb.

MSK üzvlərinin müzakirəsindən sonra qərara alınıb ki, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqəsində səsvermə nəticəsi ləğv edilsin. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bu iki məntəqənin nəticələri ləğv edildiyindən Ağdaş bələdiyyəsi üzrə səsvermənin nəticəsi də etibarsız hesab olunub. /APA