XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

01 Yanvar 2020 - 22:57

Pompeo Ukrayna, Belarus və Qazaxıstana səfərini təxirə salıb- İraqdakı vəziyyətə görə

ABŞ dövlət katibi Mayk Pompeo Bağdaddakı Amerika səfirliyi yaxınlığında baş verən hadisələrlə əlaqədar Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kipr səfərlərini təxirə salıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

Dövlət katibi Pompeo İraqdakı vəziyyəti izləmək, habelə Yaxın Şərqdəki amerikalıların təhlükəsizliyini təmin etmək məqdəsi ilə Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kipr səfərlərini təxirə salmağa və Vaşinqtonda qalmağa məcbur olub. Dövlət katibinin səfəri yaxın vaxtların birinəcən ertələnib və o bu səfəri səbirsizliklə gözləyir”, – deyə sənəddə qeyd olunur.

Qeyd edək ki, ABŞ-ın xarici siyasət idarəsi rəhbərinin yanvarın 3-dən 7-dək adı çəkilən ölkələrə səfər edəcəyi nəzərdə tutulmuşdu.