XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2020 - 18:56

İlham Əliyevin İrana səfəri gözlənilir –Həsən Ruhaninin müşaviri

Azərbaycan prezidenti İlham Əliyev tezliklə İrana səfər edəcək.

Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, bunu İran prezidentinin nəzarət və strateji məsələlər üzrə  müşaviri, plan-büdcə təşkilatının rəhbəri, habelə hökumətin rəsmi təmsilçisi Məhəmməd Baqir Noubəxt bildirib.

Noubəxtin sözlərinə görə, səfər Rəşt-Astara dəmir yolu xətti ilə bağlıdır.

“Bu, Azərbaycan Respublikası hökuməti ilə ortaq layihədir. Həmin layihə çərçivəsində iki ölkə səlahiyyətliləri Gilan vilayətində, Rəşt şəhərində bir araya gələcək”.

Noubəxt əlavə edib: “Şimal-Cənub Nəqliyyat Dəhlizinin tamamlanması şimal ölkələrindən Fars körfəzi bölgəsinə yük daşınmasını asanlaşdıracaq. Qonşu ölkələrimiz, xüsusən də Azərbaycan Respublikası üçün bu vacib məsələdir”.