XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2020 - 09:39

İRANIN DİNİ RƏHBƏRİNDƏN QİSAS VƏDİ:"Cinayətkarları amansız intiqam gözləyir"

İran general Qasım Süleymaninin ölümünə görə  ABŞ-dan qisas alacaq.

Strateq.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamnəi bəyan edib.

“Qüds” Qüvvələrinin komandanı Qasim Süleymaninin ölümü ilə bağlı başsağlığı mesajında o qeyd edib:

“Bismillahir-Rəhmanir-Rəhim.
Möhtərəm İran xalqı!

İslamın böyük və şərəfli bir komandanının ruhu səmaya yüksəldi. Dünən gecə şəhid ruhları Qasim Süleymaninin də ruhunu qucaqladı. İllərlə şeytani və şər qüvvələrlə döyüş meydanında səmimi və cəsarətlə mübarizə aparmış, Allah yolunda şəhadət arzusunda olmuş əziz Süleymanı, nəhayət, bu yüksək məqama yüksəldi və onun pak qanı bəşərin ən qəddar şəxsləri sayəsində torpağa axıdıldı.

Həzrət Bəqiyyətullah (ə.f.) naminə bu böyük şəhidliyə görə ruhunu təbrik edir və İran xalqına başsağlığı verirəm.

O, İslamın tərbiyəsi və İmam Xomeyni məktəbinin görkəmli nümunəsi idi və bütün ömrünü Allah yolunda cihadda keçirdi.

Bütün bu illər ərzində o, mükafatının şəhidlik olması üçün fasiləsiz səy göstərdi, amma dünən gecə onun və digər şəhidlərin qanını axıtmağa murdar əllərini  bulamış cinayətkarları amansız intiqam gözləyir”.

Daha sonra mesajda deyilir: “İran milləti şəhid Qasim Süleymani və yoldaşlarını, xüsusən də İslamın böyük mücahidi cənab Əbumehdi əl-Mühəndisi anacaq. Bununla bağlı üçgünlük ümumi matəm elan edirəm, şəhidin əziz həyat yoldaşını, əziz övladlarını və yaxınlarını şəhadət münasibəti ilə təbrik edir və başsağlığı verirəm”.

Qeyd edək ki, Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin rəhbəri general Qasim Süleymani öldürülüb.