XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 09:44

ABŞ ordusu yüksək döyüş hazırlığı səviyyəsinə gətirildi- Vaşinqtondan xüsusi əmr

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ ordusu yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib.

Strateq.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumatda deyilir ki, iranlı general Qasım Süleymani öldürüldükdən sonra ABŞ hakimiyyəti Silahlı Qüvvələrə ayıq olmağı əmr edib.

Qeyd edək ki, general Süleymani Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində həyatını itirib.

Hava zərbələrinin endirilməsi ilə bağlı əməliyyat prezident Trampın sərəncamı ilə həyata keçirilib.

Strateq.az