XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2020 - 15:45

MDB PA missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək –Qərar

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərin monitorinqində MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri də iştirak edəcəklər.

Assambleyanın mətbuat xidmətinin məlumatına görə, bu barədə qərar Milli Məclisin sədri Oqtay Əsədovun müvafiq dəvəti ilə bağlı çıxarılıb.

MDB Parlamentlər Assambleyasının Baş katibi – şura katibliyinin rəhbəri Dmitriy Kobitskinin sərəncamına əsasən, MDB ölkələrində demokratiyanın, parlamentarizmin inkişafı, vətəndaşların seçki hüquqlarının təmin olunması ilə bağlı beynəlxalq institutun Bakı filialı uzunmüddətli monitorinqin hazırlıq işlərinə başlayıb.