Rusiya Xarici İşlər Nazirliyi general Qasim Süleymaninin öldürülməsi ilə bağlı bəyanat verib.
Strateq.az “RİA Novosti”-yə istinala xəbər verir ki, bəyanatda deyilir: “Moskva ABŞ-ın İraqdakı raket zərbəsi nəticəsində general Qasim Süleymaninin öldürülməsi ilə əlaqədar İran xalqına dərin hüznlə başsağlığı verir”.
Bundan əvvəl Pentaqon ABŞ-ın Süleymaniyə qarşı əməliyyat keçirdiyini təsdiqləyib.
Şiə milisindən də bildirilib ki, Bağdadda keçirilən əməliyyat zamanı “Haşdi Şəabi”nin 5 beş üzvü və 2 “qonaq”ın öldürülüb.
Ölənlər arasında 31 dekabrda ABŞ dövlət katibi Mayk Pompeonun Bağdaddakı ABŞ səfirliyinə hücumda günahlandırdığı “Haşdi Şəabi” komandirinin müavini Əbumehdi əl-Muhandis və “Qüds” qüvvələrinin komandanı general Qasim Süleymani də var.