XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

13 May 2015 - 07:14

“Müsavat dağılacaq, günah İsa Qəmbərdədir” – Sərdar Cəlaloğlu

“Biz vaxtında İsa Qəmbərə demişdik ki, sən başqanlıqdan getsən, partiya dağılacaq”.

Strateq.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Müsavatdakı kütləvi istefalara münasibət bildərn ADP sədri hesab edir ki, partiya yeniliyə meyilli olmadığı üçün rəhbər dəyişikliyi mənfi təsir göstərdi.
“Rəhbərlik dəyişiləndə partiyada situasiya iki cür dəyişə bilər, ya o, güclənər, ya da dağılar. Müsavat Partiyası da ideloji yox, liderlik kultu üzərində qurulduğundan rəhbər dəyişikliyi belə nəticələndi. Biz vaxtında İsa Qəmbərə xəbərdarlıq etmişdik. Bilirdik ki, İsa Qəmbər getsə, Müsavat dağılacaq.

Oxşar vəziyyətə Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Liberal Partiyasında da şahid olmuşuq. Etibar Məmmədov və Lalə Şövkət partiya sədrliyindən gedəndən sonra hər iki partiyanın hansı günə düşdüyü hamıya məlumdur”.
S.Cəlaloğlu partiyadakı istefaların bir müddət davam edəcəyini proqnozlaşdırıb: “İsa Qəmbər çox pis vaxtda, çox pis şəraitdə Müsavat başqanlığından getdi. Bu proses davam edəcək və çox güman ki, daha bir müddət partiyada dağılma müşahidə olunacaq. İsa Qəmbər getməsəydi, Müsavat bu günə qalmazdı. Hesab edirəm ki, Müsavatın dağılmasında İsa Qəmbərin rolu az deyil”.