XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2020 - 19:16

İranlı generalın öldürülməsi… –Ərdoğan İran və İraq prezidentləri ilə gərginliyi müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranlı Prezidenti Həsən Ruhani və İraq Prezidenti Bərhəm Salehlə telefonla danışıb. 

Strateq.az Haberler.com-a istinadla xəbər verir ki, Ərdoğan hər iki liderlə iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra yaranan gərginliyi və ikitərəfli münasibətləri müzakirə edib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.