XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 January 2020 - 21:13

İranda sabitliyi pozmağa cəhd edilib- Həbs olunanlar var+FOTO

İranın Kəşfiyyat Nazirliyinin İsfahanda keçirdiyi əməliyyat nəticəsində ölkəyə qanunsuz yollarla gətirilən silah-sursat aşkar edilib.

Bu barədə İsfahan şəhərinin prokuroru Əli İsfahani jurnalistlərə açıqlama verərkən bildirib. Prokuror nəzərə çatdırıb ki, qaçaqmalçılıq yolu ilə şəhərə 126 ədəd avtomat gətirilib. Onun sözlərinə görə, bu silahlardan kütləvi etirazlar zamanı istifadə olunmalı idi.

Plana əsasən, etiraz edən kütləyə atəş açılmalı və bir neçə nəfər qətlə yetirilməli idi. Bu ərəfədə isə silahlı insanlar polis və təhlükəsizlik qüvvələri ilə toqquşma yaradıb ölkəni vətəndaş müharibəsinə sürükləməyə çalışacaqdılar.

Ə.İsfahani nəzərə çatdırıb ki, Yaxın Şərqdəki bir sıra dövlətlərdə sabitlik məhz belə planla pozulub. Prokuror odlu silah qaçaqmalçılığı ittihamı ilə 5 nəfərin həbs edildiyini bildirib. İstintaq davam edir(azərtac).