XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2020 - 10:00

“Vaşinqtonun tərəfini tutan hər kəs müsəlman dünyasının düşməni sayılacaq” –SEPAH komandanı

“Tehranın Qasım Süleymaninin öldürülməsinə verəcəyi cavabla ABŞ-ın regionda mövcudluğuna son qoyulacaq”.

Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Salami bildirib.

İranlı komandanın sözlərinə görə, SEPAH qisas alacaq: “Bu qisasın vaxtı və miqyası hələ məlum deyil”.

O qeyd edib ki, ABŞ həmişə öz səhvləri üzündən sarsıdıcı məğlubiyyətlərə düçar olub: “Vaşinqtonun tərəfini tutan hər kəs müsəlman dünyasının düşməni sayılacaq”.

SEPAH komandanı həmçinin əlavə edib ki, ABŞ-ın bölgəni tərk etməsi ilə Yaxın Şərqdə rifah, təhlükəsizlik və sabitlik hökm sürəcək. /APA