XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2020 - 11:56

Nazim Bəydəmirlinin namizədliyi qeydə alındı

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə namizədin özü sosial şəbəkədəki hesabında məlumat verib.

N.Bəydəmirli deputatlığa namizədliyini 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürüb. O, 2005-2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.

Xatırladaq ki, son 10 ildə həmin seçki dairəsinin deputatı Rafiq Məmmədhəsənov olub. Hakim Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar seçkilərdə onun namizədliyini irəli sürməyib. Partiya 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Elnarə Məhərrəmovanın namizədliyini irəli sürüb.