XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2020 - 13:35

İran Silahlı Qüvvələrinin komandanı Trampın hədəsinə cavab verdi:"Buna cəsarət edə bilməz"

İran Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musəvi ABŞ Prezdenti Donald Trampın Tehranı hədələməsinə cavab verib.

Ə. Musəvi ABŞ-ın İranda 52 obyektə zərbə endirməyə cəsarət etməyəcəyini vurğulayıb.

Ə. Musəvi bildirib ki, gələcəkdə mümkün münaqişənin gedişində ABŞ-ın belə bir addım atmağa cəsarət edəcəyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. /APA