XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 11:12

İrandan yeni qərar:ABŞ-ın bütün komandanları terrorçu elan edildi

İran ABŞ-ın bütün komandanlarını və Pentaqonun bütün səlahiyyətli şəxslərini terrorçu elan edib.

Bu barədə İran parlamenti qərar qəbul edib.

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. /APA