XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 21:18

SÜLEYMANİNİN QƏTLİ BÖLGƏYƏ NECƏ TƏSİR EDƏCƏK? –Sevil Nuriyevanın təhlili

Sevil NURİYEVA İSMAYILOV,

Star.com.tr

 

Qasım Süleymaninin şəxsiyyəti günlərdir müzakirə olunur. Bunu İranın coğrafiyadakı təsir və maraq səviyyəsinin faktiki təzahürü kimi də şərh edə bilərik.

Son hadisələri Qasım Süleymani üzərindən təhlil edərkən, ABŞ-ın, xüsusən də İsrailin coğrafiyadakı son hədəfinə baxmağımız vacibdir.

ABŞ ictimai rəyində son bir neçə gündür yer alan fikirlərə nəzər yetirərkən, “Trampın Süleymani həmləsi hansı nəticələrə səbəb ola bilər?” sualını diqqətdən qaçırmamalıyıq. Hərbi metoddan istifadə etməzdən əvvəlki çəkici ağırlığın, Süleymani olayı nümunəsində olduğu kimi, hərbi üslubun tətbiqindən sonra qalibdən daha çox məğlub vəziyyətinə gətirdiyini göstərir.

ABŞ-ın istifadə üçün uzun müddətdir əlində saxladığı minanı işə salıb, qarşı tərəfin həmləsinə qapı açması özü ilə narahatlıq reflekslərini də hərəkətə gətirib.

Trampın dayanmadan atdığı tvitlərə baxanda, “İran bir şey edərsə…” fikri ilə başlayan cümlələr özünüqoruma refleksinə və Amerikanın da narahatlığına işarədir.

İranın imicinə ciddi zərbə dəydiyi ortadadır. Bundan başqa, Süleymaninin vurulacağı uzun zamandan bəri ehtimal edilsə də, “bunun indi baş verməsi nəyin göstəricisidir” sualı da cavabını gözləyir.

Tramp bu addımı seçki öncəsi öz daxili hesablaşmasını balanslaşdırmaq üçün atıbsa, gələcəkdə daha şiddətli və mənfi siyasi təzahürlərə zəmin hazırlamış olub!

Bəs, İranın verəcəyi cavab necə ola bilər? İran “dövlət ağlı”nın min illik tarixinə nəzər saldıqda, görürük ki, Trampın dediyi kimi, İran heç vaxt savaş qazanmayıb, lakin danışıqlar masasında həmişə müvəffəqiyyət əldə edib.

Orada qalıcı olma qabiliyyəti Süleymani olayı ilə birlikdə orta vədədə ertələnən reflekslə qarşımıza çıxacaq.

İndi İran əlindəki qisas ritorikası ilə ABŞ-ı narahat bir gərginlik nöqtəsinə itələyəcək! Bu, Amerikadakı daxili balans baxımından təsiredici olacaq.

Görünən odur ki, Amerika küçələrində İranla dostluq şüarlarını tez-tez görəcəyik! Çünki İranın səsləndirdiyi bəyanatların nə vaxt gerçəkləşəcəyi qorxusu Amerika ictimaiyyətini ciddi şəkildə düşündürəcək.

İran imicinə vurulan dərin zərbə ilə, şübhəsiz ki, yeni addımlar atmaq məcburiyyətindədir. Əks təqdirdə, həm daxildə, həm də xaricdə güvən itkisi yaşayacaq və siyasi çöküş prosesinə kömək etmiş olacaq. Dolayısıyla, İranın addımları nöqtə atışına və yenidən prezident seçilmək istəyən Trampın seçki dövrünə təsadüf etməsinə hesablana bilər.

Bəs, coğrafiyadan qoşunların çıxarılması üzərində seçki kampaniyası aparan Trampın bu son həmləsi ilə ABŞ qüvvələrinin sayının və sayıqlığının artırılması necə bir gələcək vəd edir?

Tramp uzun müddətdir əsgərləri savaşa soxmayacağı, ABŞ-ın əlavə iqtisadi güc və çabalar sərf etməsinin ağılsızlıq olduğunu bildirir və bu vəziyyətə düşməyin əsas günahkarının Obama hökuməti olduğunu bəyan edirdi.

İraq həm ABŞ, həm də İran üçün vazkeçilməzdir. Çinin belə, İraqla maraqlanması ABŞ üçün məyusluqdur. İraqda İranın köməyi ilə çöküş mərhələsi “inşa” edən ABŞ niyə indi İranı prosesdən kənarda saxlamaq istəyir?

İsrailin bir tərəfdə sakit-səssiz oturduğunu düşünmürük, deyilmi? İranla ABŞ arasındakı gərginliyi qopma nöqtəsinə gətirən İsraili heç vaxt unutmamaqda fayda var!

İranın Trampın aramsız təhdid mesajlarına necə reaksiya verəcəyi indi ən çox verilən sualdır. Trampın mədəni irsə yönəlik addımlar atacağına dair mesajı Amerika ictimaiyyətində necə qarşılanır? Bütün bu müharibə söhbətləri seçkiyə necə təsir edər? Hamı narahatdır! Almaniya, Yaponiya, Türkiyə, Rusiya … Qısası, hər kəs! Təkcə İsrailin Amerikanın özünümüdafiə hüququndan danışması, sizcə, düşündürücü deyilmi? Bu açıqlama İranı hərəkətə gətirə bilərmi?

İranın anlıq reaksiya verməyəcəyi bəllidir. Dediyimiz kimi, adətinə baxdığımız zaman, qisası soyuq vəziyyətdə almaq üsülunu mənimsədiyini görərik. Düzdür, İranın etibar ediləcək bir siyasi anlayışı olmayıb. Regional problemlərin formalaşmasında ABŞ qədər İran siyasətinin də təzahürü var. Vəziyyəti yaxşı olanda hadisəyə yalnız öz maraq nöqtəsindən baxır.

Lakin hər şeyə rəğmən, bölgədəki sabitlik İranla ABŞ arasındakı gərginliyin azalmalı olduğunu diktə edir! Çünki İran içinə düşdüyü alovu söndürmək üçün hər kəsi, bütün çevrəsini oda atacaq qədər itirəcək bir şeyinin olmadığını bizə hələ də göstərməkdədir!

Tərcümə Strateq.az-ındır

Mətnin orijinalı bu linkdə:

https://www.star.com.tr/yazar/suleymaninin-oldurulmesi-ve-cografyaya-yansimasi-yazi-1505107/