XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 09:57

ABŞ-ın İraqdakı bazasına azı 35 zərbə endirilib –Pentaqonun təyyarəsi məhv edilib

Iran tərəfindən raket atəşinin gedişatında ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın “Ayn-al-Asad” bazasında uçuş-enmə zolağında məhv edilib.

RİA “Novosti” xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı bildirib.

“Bazanın Amerika hissəsində, uçuş-enmə zolağında təyyarələrdən birinin məhv edilməsi təsdiqlənib”, – deyə telekanal bildirib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri İraqdakı hərbi bazaya azı 35 zərbə endirib. Bu barədə isə “Tasnim” agentliyi xəbər verib.

“Hazırda İraqda “Ayn-al-Asad” bazasına azı 35 dəfə hücüm edilib”, – məlumatlı mənbəyə istinadən agentlik xəbər verib.

ABŞ prezidenti Donald Tramp İranın raket hücumunun nəticəsinə görə bəyanatla çıxış edəcəyinə söz verib.

“Hər şey qaydasındadır! İraqdakı iki hərbi bazaya İrandan raketlər buraxılıb. Zərərçəkənlər varmı, ziyanın miqdarı – indi onun qiymətləndirilməsi gedir. Amma hamı hər şey yaxşıdır. Mən sabah səhər bəyanatla çıxış edəcəyəm”, – deyə Ağ Ev rəhbəri “Twitter”də yazıb/Report.