XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 10:27

Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb –180 nəfər ölüb

İranda baş vermiş təyyarə qəzası nəticəsində sərnişinlərin hamısı həyatını itirib.

Bu barədə “Reuters” məlumat yayıb.

İranın Aviasiya Nazirliyinin rəsmi nümayəndəsi Cəfər Zadənin bildirdiyinə görə, təyyarədə 167 sərnişin olub.

***

Saat 08:37

Göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə barədə xəbəri hava limanının rəhbərliyi də təsdiqləyib və bildirilib ki, təyyarə uçuşdan sonra qəzaya uğrayıb/APA.