XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 12:00

Azərbaycan XİN Ukrayna və İrana başsağlığı verib –Təyyarə qəzası ilə bağlı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tehran yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq Ukrayna və İrana başsağlığı verib.

Bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“Tehran yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbəri böyük kədərlə eşitdik. Yaxınlarını itirmiş ailələrə başsağlığı veririk”, – deyə qeyd olunub.

Xatırladaq ki, göyərtəsində 176 (bəzi mənbələrə görə 180) nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb/APA.