XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 12:23

İranın dini lideri:"ABŞ-a bir sillə vuruldu"

Ötən gecə regionda ABŞ-a bir sillə vuruldu.

Trend-in məlumatına görə, bunu İranın dini lideri Ayətulla Əli Xamneyi deyib.

Xamneyinin sözlərinə görə, ABŞ-ın regiondakı fəsad yaradan iştirakına son qoymaq lazımdır.

İranın dini lideri əlavə edib ki, ABŞ və tərəfdarları bölgədə İranı hər bir məsələdə suçlamaqdadır:

“İran İslam Respublikası xalqına arxalanıb. Buna görə, xalqa həm düşməni, həm də düşmənin metodlarını tanıtdırmaq lazımdır. İranın düşməni ABŞ, İsrail və imperializm strukturudur. Düşməni tanımaqda səhvə yol vermək olmaz. Noyabr hadisələrində (15 noyabr benzinin bahalaşması və sonrakı etiraz aksiyaları-red) onların muzdluları İranda təxribata və iğtişaşa əl atdılar. İnsanları öldürdülər, ictimai əmlaka ciddi şəkildə ziyan vurdular. Buna görə ABŞ-ın planlarını anlamaq lazımdır”.

İranın dini lideri İran parlamentinin ABŞ-ın regiondan çıxarılması ilə əlaqədar qərarını alqışalayıb və bunun yerinə yetirilməli olduğunu bildirib.