XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 13:46

Çavuşoğlu Cavad Zəriflə danışdı –Türkiyə XİN başçısı İraqa gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon söhbətində regionda yaşanan vəziyyət müzakirə olunub. M. Çavuşoğlu bu gün Ukraynanın Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanındakı sərnişin təyyarəsində baş verən faciəli qəzada ölənlərlə bağlı başsağlığı verib.

M. Çavuşoğlu bu gün telefonda Ukraynanın xarici işlər naziri Vadim Pristaykona da başsağlığı verib.

Qeyd edək ki, CNN-Türk televiziyası M. Çavuşoğlunun sabah İraqa səfər edəcəyini bildirib. Səfərin məqsədi regiondakı gərginliklə əlaqədar müzakirələr aparmaqdır/APA.