Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı an müşahidə kameralarına düşüb.
Görüntünü “Twitter”də Heshmat Alavi adlı istifadəçi paylaşıb.
Xatırladaq ki, göyərtəsində 176 nəfər olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb.