XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2020 - 16:15

Ali Dini Lider Trampın “qanlı foto”sunu paylaşdı, belə yazdı:"Süleymaninin intiqamı başqa cür olacaq"

İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei rəsmi səhifəsində Trampın üzündə “qanlı əl izi” olan fotosunu paylaşaraq, yeni bəyanat verib.

Strateq.az xəbər verir ki, “qanlı foto”nun altında İran dini liderinin belə bir açıqlaması yer alıb:

“Amerika bölgəyə savaş, anlaşılmazlıq və dağıntı gətirdi. Artıq bölgə ölkələri və seçilmiş iqtidarları Amerikanın varlığını rədd edirlər. Bölgədəki Amerika varlığına son verilməlidir”.

Dini lider daha sonra bildirib: “Biz şəfəq vaxtı amerikalılara ağır bir zərbə endirdik, ancaq Süleymaninin intiqamı başqa bir məsələdir. Bunun üçün hərbi hərəkatımız yetərli deyildi…”.