XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2020 - 14:25

“Qatilin saxlanılması xəbəri yalandır” –Nərminin atası danışdı + Rəsmi açıqlama

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxsin saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Strateq.az bildirir ki, məsələ ilə bağlı Nərminin atası Şərif Quliyev Modern.az-a məlumatı təkzib edib.

O, qeyd edib ki, hüquq mühafizə orqanları məsələni araşdırır: “Mənə heç kim belə məlumat verməyib. Qatilin saxlanılması xəbəri yalandır”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da Modern.az-a rəsmi məlumat olacağı təqdirdə ictimailəşdriləcəyini bildiriblər.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.