XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2020 - 23:16

Aİ-nin “Horizon 2020” proqramının saytında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı təxribat aradan qaldırılıb –XİN

Bir müddət əvvəl Avropa İttifaqının (Aİ) “Horizon 2020” proqramının rəsmi internet səhifəsinin “ölkə profilləri” hissəsində yerləşdirilmiş xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin “Nagorno-Karabakh Republic” adı altında ayrıca beynəlxalq subyekt kimi göstərildiyi, beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı kobud və məkrli təxribatçı yanaşmanın nümayiş etdirildiyi müəyyən olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Bununla əlaqədar olaraq, Azərbaycan tərəfindən sözügedən təxribatın aradan qaldırılması məsələsi Aİ-nin “Horizon 2020” proqramının icraçı qurumunun diqqətinə çatdırılıb və təcili tədbirlərin görülməsi tələb edilib.

Qeyd etmək istərdik ki, “Horizon 2020”nin internet səhifəsində yerləşdirilmiş yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb. Aİ nümayəndəsi sözügedən məsələnin aidiyyəti Baş Direktorluqla araşdırıldığını və yaranmış vəziyyətin sırf həmin saytın tərtibatında iştirak etmiş texniki heyətin diqqətsizliyi səbəbindən irəli gəldiyini qeyd edib. Bənzər səhvlərin gələcəkdə təkrarlanmaması üçün Aİ-nin Baş Direktorluqları arasında müvafiq xəbərdarlığın yayılmasının vacibliyi qarşı tərəfin diqqətinə çatdırılıb.