XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2020 - 10:34

“İran İslam Respublikası bu faciəvi səhvə görə dərin təəssüf hissi keçirir”- Ruhani

“İran Ukraynaya məxsus təyyarənin Tehran yaxınlığında vurulması ilə bağlı dərin təəssüf hissi keçirir”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu İran Prezidenti Həsən Ruhani özünün “Twitter” səhifəsində bildirib.

“İran İslam Respublikası bu faciəvi səhvə görə dərin təəssüf hissi keçirir” – deyə Prezident yazıb.

Ruhani faciə qurbanlarının yaxınlarına başsağlığı verib.

O qeyd edib ki, hadisənin araşdırılması bu “böyük faciə” və “bağışlanılmaz səhv”in baş vermə şəraiti aydınlaşdırılana qədər davam edəcək.

Ruhani Ukrayna təyyarəsinin məhv edilməsinə səbəb olan günahkarların məsuliyyətə cəlb edəcəyinə söz verib.