XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

11 Yanvar 2020 - 20:00

MSK 9 bələdiyyədə seçkinin nəticələrini ləğv edib- Nöqsanlara görə 12 məntəqə seçki komissiyası buraxılıb

Mərkəzi Seçki Komissiyası (MSK) 9  bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

Bunlar 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsidir.

Həmçinin 39 seçki məntəqəsi üzrə seçkinin nəticələri etibarsız sayılıb. Sənəddə yol verdiyi nöqsanlara görə eyni zamanda 12 məntəqə seçki komissiyası buraxılıb. Bunlar 22 saylı Nəsimi II seçki dairəsi üzrə 5,6, 7 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 9 saylı, 24 saylı Nizami I seçki dairəsi üzrə 3,4 saylı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14 saylı,  69 saylı Cəlilabad-Masallı seçki dairəsi  üzrə 8, 10 saylı, 84 saylı Füzuli seçki dairəsi  üzrə 4 saylı, 111 saylı Zaqatala-Balakən seçki dairəsi  üzrə 3 saylı, 119 saylı Ağdam kənd seçki dairəsi  üzrə 13 saylı məntəqə seçki komissiyalarıdır.