XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2020 - 22:00

Gülnara Kərimovaya məxsus evlərdə 985 sənət əsəri aşkarlanıb- Özbəkistanın muzeylərinə təhvil verilib

Özbəkistanın sabiq Prezidentinin qızı Gülnara Kərimovanın bu ölkədəki evlərində ümumilikdə 985 adda sənət əsəri aşkar edilib.

Həmin əsərlərin arasında rəsmlər, bəzək əşyaları, keramika, ağacdan hazırlanan bədii məmulatlar və digər qiymətli əşyalar var. Bu əsərlər məhkəmənin qərarı ilə Özbəkistanın müxtəlif muzeylərinə təhvil verilib.

Özbəkistanın Baş Prokurorluğu, Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar Gülnara Kərimovanın cinayətkarlıq yolu ilə əldə etdiyi aktivlərin Özbəkistana qaytarılması istiqamətində İsveçrə, Fransa, Rusiya, Latviya və digər dövlətlərlə danışıqlar aparırlar.

Bu ölkədən olan ekspertlər İsveçrə Federal Prokurorluğunun nümayəndələri ilə birgə Gülnara Kərimovanın Cenevrədəki villasında olan 70 sənət əsərinin dəyərini öyrənir və ölkəyə gətirilməsi üçün fəaliyyəti davam etdirirlər(azərtac).