XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2020 - 13:57

“Liviyada atəşkəsin bərpası Türkiyənin sülh siyasətinin bariz nümunəsidir” –Ərdoğanın mətbuat katibi

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın Liviya və Suriyanın İdlib bölgəsində atəşkəsin bərpa olunmasına münasibət bildirib.

İ. Qalın “Twitter” səhifəsində yazıb ki, Liviya və Suriyanın İdlib bölgəsində atəşkəsin bərpa olunması Türkiyənin  dəstəklədiyi sülh siyasətinin bariz nümunəsidir.

İ. Qalın bildirib ki, Türkiyənin məqsədi ölkədə və regionda təhlükəsizliyi, sabitliyi və rifahı bərqərar etməkdir.

Xatırladaq ki, yanvarın 8-də  Rusiya və Türkiyə prezidentləri Liviyada münaqişə tərəflərini 12 yanvardan etibarən atəşkəs elan etməyə çağırıblar.

Qeyd edək ki, dünən gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladmir Putinlə bir daha telefon əlaqəsi saxlayıb. Tərəflər Liviya mövzusunda Berlində keçiriləcək beynəlxalq konfrans, eləcə də Suriya və Liviya mövzusunda əməkdaşlıqla bağlı müzakirələr aparıblar. /APA