XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2020 - 14:21

Milli Məclisə seçkilərdə qeydə alınmış bir partiyanın nümayəndəsinin səlahiyyətinə xitam verilib –MSK

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyalardan birinin nümayəndəsinin səlahiyyətinə xitam verilib.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə baxılıb.

İclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib. /Report