XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2020 - 17:37

İrandan Böyük Britaniyaya nota:britaniyalı səfir İran XİN-ə çağırılıb

İran Böyük Britaniyaya  nota verib.

Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyr İran XİN-ə çağrılıb.

Səfirə diplomatik qaydalara zidd və qanunsuz  toplantıya qatılmasına görə özünə və təmsil etdiyi dövlətə etiraz notası verilib. R. Makeyrə 1961-ci il Vyana Konvensiyasına zidd olaraq qanunsuz toplantıda iştirak etdiyi açıqlanıb və Britaniya hökumətindən bu haqda izahat tələb olunub.

Qeyd edək ki, R. Makeyr ötən gün Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticəsində azad edilib. /APA