XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2020 - 20:58

Pentaqon:“ABŞ ilkin şərt olmadan İranla danışıqlara hazırdır”

“ABŞ ilkin şərt olmadan İranla danışıqlara hazırdır”.

Bunu Pentaqon rəhbəri Mark Esper bildirib.

“Biz danışıqlar masasına oturmağa və heç bir ilkin şərt olmadan bir sıra məsələləri müzakirə etməyə hazırıq”, deyə Esper əlavə edib.

O, bu addımın ABŞ-İran münasibətlərinin yaxşılaşmasına kömək edəcəyinə inandığını söyləyib.

Əlavə edib ki, general Qasım Süleymaninin öldürlüməsinə heç də təəssüflənmir: “ABŞ indi “daha etibarlıdır”, Süleymaninin əllərində yüzlərlə amerikalı əsgərin qanı var idi”. /APA