XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2020 - 16:53

Deputatlığa namizədlərin sayı 1099 nəfərə çatıb –MSK

Deputatlığa namizədlərin sayı 1099 nəfərə çatıb.

Mərkəzi Seçki Komissiyasınn (MSK) saytının verdiyi məlumata görə, 2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb.

Üç seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı – 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputatlığa namizəldiyi irəli sürülən 3 nəfər,105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər qeydə alınıb.

Ümumilikdə ən çox deputatlığa namizədlərin qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.