XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2020 - 20:41

Magistraturaya qəbul imtahanı birmərhələli olacaq –Nazirlər Kabineti

Nazirlər Kabineti Azərbaycan Respublikasının “Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:

I mərhələ – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.