XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 09:44

Liviya Milli Ordusunun rəhbərindən gözlənilməz addım:atəşkəs haqqında sazişi imzalamadan Moskvanı tərk edib

Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar atəşkəs haqqında sazişi imzalamadan Moskvanı tərk edib.

Bu barədə RİA “Novosti” liviyalı mənbəyə istinadən məlumat verib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri ayrı-ayrılıqda Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs sazişinin imzalanması ilə bağlı danışıqlar aparıblar.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac atəşkəslə bağlı sənədi imzalayıb. Lakin Haftar sabaha kimi vaxt istəyib/Report.