XƏBƏR LENTİ

28 Yanvar 2020
27 Yanvar 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 10:28

Səfa Mirzəyev:“Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacaq”

“Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacaq”.

Bunu “Report”a eksklüziv açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Aparat rəhbəri xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda islahatlar aparılır.

“Azərbaycan Milli Məclisinin Aparatında da kadr və struktur islahatları aparılacaq. Milli Məclis bu prosesdən geri qalmayacaq. Milli Məclisin yeni rəhbərliyi formalaşdıqdan sonra bu məsələ öz həllini tapacaq”, – S.Mirzəyev əlavə edib.