XƏBƏR LENTİ

28 Yanvar 2020
27 Yanvar 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 11:34

“Neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanə…” –Birinci vitse-prezident Xoşbəxt Yusifzadəni təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəni 90 yaşının tamam olması münasibətilə təbrik edib.

Strateq.az xəbər verir ki, Mehriban Əliyevanın “İnstagram” səhifəsində paylaşılan təbrikində deyilir:

“Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!”.