XƏBƏR LENTİ

19 Yanvar 2020
18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 13:52

MİT rəhbəri Suriya kəşfiyyatının rəhbəri ilə görüşüb –Moskvada müzakirə aparılıb

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvada Suriya kəşfiyyatının rəhbəri, general-mayor Əli Məmlüklə görüşüb.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İdlibdə atəşkəs və YPG terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Moskvada Liviya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Türkiyə arasında “2+2” formatında görüş keçirilib. H. Fidan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akarla birlikdə həmin görüşdə iştirak etmək üçün Moskvaya səfər edib/APA.