XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 18:57

Nazir müavini:"ƏƏSMN-in tabeliyində 4 publik hüquqi şəxsin yaradılması gözlənilir"

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 4 publik hüquqi şəxsin yaradılması gözlənilir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Real TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, məqsəd əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, nazirliyin strukturunun daha da optimallaşdırılması, idarəetmədə çevikliyin təmin olunmasından ibarətdir: “Burada DOST konsepsiyası da öz rolunu oynadı. DOST mərkəzləri yarandıqca nazirliyin digər şöbələrinin regional əsasda fəaliyyətini təşkil etməyi nəzərdə tuturuq. Yasamalda yaratdığımız DOST mərkəzi Yasamal və Səbail rayonuna xidmət göstərdiyinə görə yerli şöbələrin, qurumların fəaliyyətini regional əsasda qururuq. Bunun da məqsədi nazirliyin strukturunun DOST konsepsiyasına uyğun təşkilindən ibarətdir”.

Report