XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 23:31

ABŞ-ın İraqdakı bazası yenə raket atəşinə tutuldu –Tələfat haqda məlumat verilmir

ABŞ-ın İraqdakı bazası raket atəşinə tutulub.

Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, Ət-Taci bazası raket atəşinə məruz qalıb.

ABŞ hərbçilərinin olduğu bu baza İraqın şimalındadır.

Atəş nəticəsində ölənlər və ya yaralananların olub-olmaması barədə məlumat verilmir.

Qeyd edək ki, bu, ABŞ hərbçilərinin atəşə məruz qaldığı növbəti bazadır. Bazar günü İraqdakı “Balad” bazası da atəşə tutulmuşdu. Bu hərbi obyektdə də ABŞ kontingenti mövcuddur. Atəş nəticəsində xəsarət alan və ya ölən olmamışdı/Report.