Rusiya Prezidenti Vladimir Putin Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini Dövlət Dumasına baş nazir vəzifəsinə namizəd göstərib.
Strateq.az xəbər verir ki, bu barədə “İnterfaks” Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirdi və onu baş nazir vəzifəsinə dəvət etdi. Razılıq alınandan sonra o, Mişustinin baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim etdi”, – deyə məlumatda bildirilir.
Strateq.az