“Medianın seçkilərə marağı kifayət qədər böyükdür”.
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, MŞ əvvəlki illərdə seçkilərlə bağlı monitorinq aparılıb: “Bəzən neqativ və xoşagəlməz hallar da müşahidə olunub. Seçkilərlə bağlı KİV təmsilçiləri üçün müəyyən treninqlər də keçirilib”.
MŞ sədri qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar KİV-də monitorinqlər aparılacaq: “Eyni zamanda, seçki günü bir neçə istiqamətdə fəaliyyət göstərəcək. Həmin gün “qaynar xətt” fəaliyyət göstərəcək. Jurnalistlər həmin “qaynar xətt” vasitəsilə üzləşdiyi problemləri Şuraya bildirəcəklər”.
Report