XƏBƏR LENTİ

09 Aprel 2020
08 Aprel 2020

Digər Xəbərlər

17 Yanvar 2020 - 11:29

Dünya Bankı:Ələt-Astara dəmiryolu xəttinin bərpası erkən müzakirələr mərhələsindədir

“Ələt-Astara dəmiryolu xəttinin bərpası erkən müzakirələr mərhələsindədir”.

Bu barədə Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

“Hazırda Ələt-Astara dəmiryolu xəttinin bərpası çərçivəsində tələb olunacaq texniki tədqiqatların və qiymətləndirmələrin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan hökuməti və bu layihədə maraqlı olan digər tərəflərlə müzakirələrin çox erkən mərhələsindəyik”, – deyə nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, bundan əvvəldə Dünya Bankı və “Azərbaycan Dəmir Yolları” QSC arasında bankın bu layihədə iştirakı müzakirə olunub. Hazırda “Şimal-Cənub” layihəsinin bir hissəsi olan Ələt-Astara dəmiryolu xəttinin bərpa işləri davam edir.

Xatırladaq ki, dəmiryolu xəttinin tikintisi ilə bağlı olaraq dəmiryolun keçəcəyi ərazilərdə əhalidən və bələdiyyələrdən torpaqlar satın alınacaq. Bununla bağlı Nazirlər Kabineti xüsusi qərar imzalayıb. (apa)