XƏBƏR LENTİ

02 Aprel 2020
01 Aprel 2020

Digər Xəbərlər

17 Yanvar 2020 - 19:09

Məzahir Pənahov:“Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər”

“Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər. Elə namizədlər var ki, “atamdan qalan əmlak yadımdan çıxıb” deyir. Buna nə cür inanmaq olar?”

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər tutarlı səbəb gətirə bilmirlər:

“Adi bir səhvə görə onların namizədlikləri qeydə alınmır. Məntiqlə bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm”.

M.Pənahov bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə edib. (report)