XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2020 - 15:03

Bu gün Putin Ərdoğanla görüşəcək –Berlində

Bu gün Rusiya prezidenti Vladimir Putin (19 yanvar – Red) Berlində keçiriləcək Liviya konfransından öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə “TASS” məlumat yayıb.

“Belə bir görüş planlaşdırılır”, deyə Rusiya dövlət başçısının mətbuat xidmətindən agentliyə bildirilib.

Xatırladaq ki, bu gün Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürən sülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir.

Tədbirə münaqişədə olan iki tərəfdən başqa, ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər. /Report