XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

20 Yanvar 2020 - 09:32

“20 Yanvar faciəsində həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq” –Böyük Britaniya səfiri

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Səfir bu barədə öz sosial şəbəkə hesabında yazıb.

“Artıq 30 ildir ki, Azərbaycan xalqı 20 Yanvar – Qanlı Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır. Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynamışlar. Böyük Britaniya höküməti və öz adımdan Azərbaycan xalqına və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığımı çatdırıram. Bu faciədə həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”, – səfir əlavə edib.